Sumqayıtda ana 6 aylıq körpəsini qapının ağzında qoyaraq qaçıb

Sumqayıtda ana 6 aylıq körpəsindən imtina edib.

Sumqayıt şəhər sakini Günel Novruzova 6 aylıq oğlunu nənəsinin yaşadığı ünvana gətirərək orada qapının ağzında qoyaraq qaçıb. Uşağın nənəsi Rəbiyyə Novruzova bildirib ki, qızı illərdir evdən çıxıb və bir daha geri qayıtmayıb. R. Novruzova körpəyə baxmaq imkanı olmadığına görə onu aidiyyəti qurumlara təhvil verib.

6 aylıq körpə oğlan uşağı Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının həkimləri tərəfindən Sumqayıt şəhər Uşaq xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya bildirilib ki, 7 kiloqram çəkisi olan oğlan uşağı bütün müayinələrdən keçirilib, sağlamdir: “Vəziyyəti yaxşıdır və həkim nəzarətindədir”.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi vaxtdan rəsmiləşəcək

Sonrakı məqalə

Daşkəsəndə yol təmirinə 3 milyon manat ayrılıb –