Sumqayıtda bağçanın və ətraf binaların həyətini su basıb- FOTO

Sumqayıt şəhəri 3-cü mkr-da yerləşən 38 nömrəli bağçanın və 15/13 saylı binanın həyətini su basıb. AzPost xəbər verir ki, bu barədə vətəndaşlar şikayət edib. Bildirilir ki, kanalizasiya sisteminin düzgün qururlmaması nəticəsində yağış suları yığılaraq qalır. Bu da insanların, xüsusilə bağçaya gedən körpələrin hərəkətinə çətinlik yaradır.

Sakinlər deyir ki, “Belə getsə bir azdan burda balıq da tutmaq olar”. Həmçinin aidiyyəti qurumların məsələ ilə bağlı hər hansı tədbir görmədikləri də qeyd olunur.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.