Sumqayıtda iki qardaş spirtdən zəhərlənərək ölüb

Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

Şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında xəstəxanalardan birinin həyətinə gələrək aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb.

İ. Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N. Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da koronavirusla mübarizə üçün ehtiyatda olan 800 min əsgər xidmətə çağrılıb

Sonrakı məqalə

Ət almaq üçün hansı qəssabxanaya getmək lazımdır? –