Sumqayıtda narkotik satan ana və qızı tutulub –

VİDEO
10 İyun 2021 - 13:44

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Bu barədə DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, əməliyyat nəticəsində külli miqdarda – 2 kq-dan artıq narkotik aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 qadın – ana və qızı – saxlanılıb. Onların əvvəllər də məhkumluq həyatı yaşadıqları bildirilir.