Sumqayıtda polisdən qaçmaq istəyən avtobusu sürücüsü saxlanılıb –AÇIQLAMA (FOTO) YENİLƏNİB

Sosial şəbəkədə Sumqayıtda sərnişin avtobusunun qaçırılaraq girov götürülməsi idda olunan video yayılıb.

Azpost.info bildirir ki, Sumqayıt icra hakimiyyətinin əməkdaşı Eyvaz Qocayev bu video ilə bağlı iddiaları təkzib edib.

Onun sözlərinə görə, qeyd olunan avtobus Sumqayıt Nəqliyyat İdarəsinə aid deyil. “Avtobusun içində sərnişin olmayıb. Sürücü polis tərəfindən saxlanılıb”-deyə o vurğulayıb.

**

Sumqayıtda avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.

YPX əməkdaşları tərəfindən avtobus sürücüsünə “Saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Yüksək sürətlə şəhərin yolları ilə şütüyən avtobusu saxlamaq üçün Sumqayıt Dövlət Yol Polisi əməkdaşları maneə yaradaraq istəklərinə müvəffəq olublar. İlkin ehtimala görə, sürücü içkili olub və avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olduğu bildirilir. (APA)

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“COVİD-19-un laboratoriya mənşəli olduğunu göstərən əlamətlər yoxdur” –

Sonrakı məqalə

Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiya üçün qeydiyyatı başlayır