Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

Hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır(report).

Əvvəlki məqalə

Ceyhun Bayramov BMT baş katibinin köməkçisi ilə görüşüb

Sonrakı məqalə

Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir