Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır

Ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində təxminən 5-6 yaşlarında eşitmə və danışma qüsuru olan uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən azyaşlı xəstəxanaya yerləşdirilib.

Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 655-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng etmələri xahiş olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.