Sumqayıtdakı məşhur “Sülh göyərçini” abidəsinin müəllifi Vaqif Nəzirov vəfat edib

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

Sumqayıtın simvoluna çevrilmiş “Sülh göyərçini” abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir