Sumqayıtdakı silahlı hücum zamanı xəsarət alanların vəziyyəti açıqlanıb

Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, xəsarət alanlardan Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Sərkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Əvvəlki məqalə

Sumqayıtdakı silahlı hücum nəticəsində 2 nəfər ölüb –

Sonrakı məqalə

Qazaxıstanda Matəm Günü elan edilib