Sumqayıtın bir hissəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq

Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar oktyabrın 28-də səhər saat 09:00-dan axşam saat 23:00-a qədər 9-cu mikrorayonun bir hissəsi, Qızıl Qum Qəsəbəsi, Köhnə Corat qəsəbəsinin bir hissəsi, Bağlar ərazisinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.