Sumqayıtın prokuroru işdən azad edilib.
Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.
Baş Prokurorluğun Mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib.
Bildirilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abıyevə həvalə edilib.