Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Süni intellekt beyni zəiflədir? –

User 21 İyul 2026 - 18:51
suni diqanoz

Süni intellektin insan beyninə mənfi təsir göstərdiyi barədə geniş yayılmış fikirlər yeni araşdırmada təsdiqini tapmayıb. Alimlər mövcud elmi məlumatları təhlil edərək belə nəticəyə gəliblər ki, süni intellekt (AI) özü-özlüyündə beynin fəaliyyətini zəiflətmir. Lakin ondan yanlış istifadə edildikdə bəzi bacarıqlar zamanla zəifləyə bilər.

Azpost.info bildirir ki, bu barədə Phys.org nəşri yazır.

Yeni araşdırma göstərib ki, ChatGPT də daxil olmaqla süni intellekt əsaslı çat-botlardan istifadə insanın idrak (koqnitiv) qabiliyyətlərinin pisləşməsinə səbəb olmur. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər insan bütün düşünmə prosesini süni intellektin üzərinə qoyarsa, bəzi bacarıqlar tədricən zəifləyə bilər.

Bu nəticəyə tədqiqatçılar süni intellektin düşünmə, yaddaş və öyrənməyə təsirini araşdıran əvvəlki elmi işləri təhlil etdikdən sonra gəliblər.

Araşdırma müəlliflərinin fikrincə, əsas məsələ AI-dən istifadə edib-etməmək deyil, ondan necə istifadə etməkdir. Əgər insan süni intellektdən mövzunu izah edən, həll yolunu göstərən və ya çətin məsələləri anlamağa kömək edən bir köməkçi kimi istifadə edirsə, bunun düşünmə qabiliyyətinə mənfi təsiri müşahidə olunmur.

Lakin vəziyyət süni intellekt müstəqil düşünməni tam əvəz etdikdə dəyişir. Alimlər bildirirlər ki, istifadəçi davamlı olaraq tapşırıqların həllini, mətnlərin yazılmasını və ya məlumatların təhlilini tamamilə AI-yə həvalə edərsə, həmin bacarıqları inkişaf etdirmək imkanından məhrum olur.

Tədqiqatçılar xatırladırlar ki, oxşar narahatlıqlar tarixdə dəfələrlə yaşanıb. Yazının yaranması, kalkulyatorların, kompüterlərin və peyk naviqasiyasının tətbiqi zamanı da insanların yaddaş və düşünmə qabiliyyətlərinin zəifləyəcəyi iddia edilirdi. Müasir elmdə bu proses “koqnitiv yüngülləşdirmə” adlanır və insanın zehni yükünün bir hissəsini xarici vasitələrə həvalə etməsini ifadə edir.

Araşdırma zamanı süni intellektin diqqət, işçi yaddaşı və digər əsas koqnitiv funksiyaları zəiflətdiyini təsdiqləyən inandırıcı sübutlar aşkarlanmayıb. Əksinə, əldə olunan məlumatlar göstərir ki, müntəzəm istifadə edilməyən bacarıqlar zaman keçdikcə zəifləyə bilər.

Müəlliflər süni intellektin müsbət təsirlərinə də diqqət çəkiblər. Təhsil layihələrində AI rəqəmsal müəllim kimi istifadə olunduqda, yəni mövzuları izah edib tapşırıqların həllində istiqamət verdikdə, şagirdlərin akademik nəticələrinin süni intellektdən istifadə etməyənlərlə müqayisədə pisləşmədiyi müəyyən edilib.

AzPost.az

Post navigation

Previous: “Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüşündən xəbərimiz olmayıb” –
Next: Ermənistan güləşçiləri Azərbaycana gəlir

Oxşar xəbərlər

ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44
qida sufre
  • Media

Səhər yeməyində bu 4 sıyığa diqqət edin

User 16 Oktyabr 2026 - 17:43

xƏBƏR

fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
Azərbaycanın ev sahibliyi edəcəyi FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri başa çatıb. Bu barədə FIFA...
Read more about FIFA: Azərbaycan dünya çempionatına hazırdır
BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq bvf
  • Siyasət

BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq

User 22 Oktyabr 2026 - 10:55
ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır? abs iran danisiq
  • Dünya

İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır?

User 21 Oktyabr 2026 - 21:31
Ərdoğan Prezident İlham Əliyevə zəng edib ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.