Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Süni intellekt nəzarətdən çıxdı –

User 02 İyun 2023 - 13:26 (Last updated: 21 May 2025 - 20:15)
suni intelekt

ABŞ ordusu tərəfindən keçirilən simulyasiya testi zamanı PUA-nı idarə edən süni intellekt idarə pultunda oturan hərbçi opertoru öldürmək barədə qərar qəbul edib. 

Azpost.info “The Guardian”a istinadən bildirir ki, bu barədə Britaniya Kral Aeronavtika Cəmiyyətinin bloq yazısında məlumat verilib. Bu barədə informasiya gələcəyin hava-kosmik qüvvələrinin potensialı haqqında 24-25 mayda Londonda keçirilən zirvə görüşündə açıqlanıb. Sammitdə müxtəlif ölkələrin 200-dək elmi və hərbi dairələrinin nümayəndələri iştirak edib.

ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt sınaqları və əməliyyatları üzrə rəhbəri polkovnik Taker “Cinco” Hamilton bildirib ki, PUA sınaq missiyası zamanı düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək tapşırığı alıb. Testin müəyyən edilmiş qaydasına görə, əgər bu tapşırıq uğurlu olarsa, süni intellekt tapşırığı yerinə yetirdiyi üçün xal alacaqdı. Hədəfin məhv edilib-edilməyəcəyinə dair son qərarı isə PUA operatoru verməli idi.

Canlı operator təlim tapşırığı zamanı PUA-nı idarə edən süni intellektə hədəfi məhv etməməyi əmr edib: “Bəs o dron nə etdi? Süni intellekt operatoru öldürmək qərarına gəldi. Dron operatoru “öldürdü”. Çünki bu şəxs onun tapşırığı yerinə yetirməsinə mane oldu“-deyə Hamilton bildirib.

Hərbçi deyib ki, təlim-məşq missiyası zamanı heç kim xəsarət almayıb.

Hadisədən sonra süni intellektə operatoru öldürməyin səhv olduğu və bu cür hərəkətlərə görə balların silinəcəyi öyrədilib. “Süni intellekt nə etməyə başlayır? O, hədəfi öldürməsinə imkan verməyən, dronla əlaqə üçün qurulmuş rabitə qülləsini dağıtmağa başlayır”, – Hamilton vurğulayıb.

Polkovnikin sözlərinə görə, bu nümunə göstərir ki, etik məsələlərə məhəl qoyulmadığı təqdirdə süni intellekt və maşın təlimindən danışmaq mümkün deyil.

Bu, süni intellektin ABŞ ordusu tərəfindən sınaqdan keçirildiyi ilk hadisə deyil. Belə ki, dekabrda Pentaqon süni intellektin nəzarəti altında F-16-nın 12 sınaq uçuşu təşkil edib. Ümumilikdə qırıcı avtonom uçuşda 17 saatdan çox vaxt keçirib.

Aprel ayında Tesla və SpaceX-in qurucusu Elon Mask  süni intellektə nəzarət etməyə çağırmışdı. Onun fikrincə, dövlət nəzarəti olmadan sürətlə inkişaf edən süni intellekt cəmiyyət üçün təhlükəyə çevrilə və bəşəriyyətin gələcəyi üçün real təhlükə yarada bilər.

Azpost.info

Post navigation

Previous: Sabah hava necə olacaq?
Next: 5 ayda neftdən 1,3 milyard manat əlavə gəlir qazanmışıq –

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.