Süni intellekt terrorçulara bioloji silah yaratmağa kömək edə bilər –Alimlərdən xəbərdarlıq

Süni intellekt nüvə və bioloji təhlükələr də daxil olmaqla potensial olaraq düzəldilməsi mümkün olmayan zərərə səbəb ola bilər.

AzPost bildirir ki, bu barədə “Time” nəşrində deyilir.

Hesabat Kaliforniya qubernatoru Gevin Nyusoma təşəbbüsü ilə iyunun 17-də açıqlanıb.

Qəzet süni intellektin artıq istifadəçilərə nüvə uranını tapmaqda kömək edə bildiyinə dair sübutlara istinad edir. Həmçinin bildirir ki, hazırlıqsız insanlara bioloji silah yaratmağa yardım etməyə yaxınlaşır. “Tənzimləmənin gecikdirilməsi fəlakətli nəticələrə səbəb ola bilər”-, hesabat müəllifləri xəbərdarlıq edir.

Hesabatda xüsusi olaraq süni intellekt modellərinin son nəslinin imkanları qeyd olunur. Məsələn, Anthropic-in Claude 4-ün terrorçulara biosilah yaratmağa və ya pandemiyaya səbəb olmasına kömək etmək potensialı olduğu təxmin edilir. Başqa bir model, OpenAI o3, ixtisaslaşmış testdə virusoloqların 94%-nin biliyini üstələyən nəticələr göstərdi.

Üstəlik, süni intellekt sistemləri artıq strateji yalan danışmaq qabiliyyətini nümayiş etdirib: sınaq zamanı onlar zərərsiz görünə bilər, lakin real dünya şəraitində potensial təhlükəli məqsədlər güdürlər. Bu cür əlamətlər, hələlik zərərsiz görünsələr də, gələcəkdə süni intellektə nəzarəti itirmək risklərini göstərə bilər.

Xatırladaq ki, MIT-nin yeni araşdırması narahatedici tendensiya aşkar edib: ChatGPT-dən müntəzəm istifadə idrak fəaliyyətini azalda, yadda saxlamaq qabiliyyətini zəiflədə və müstəqil düşünmək motivasiyasını azalda bilər. Bu, real həyatda artıq nəzərə çarpır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.