Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Süni intellektlə mədədəki xəstəliklər müəyyən ediləcək

User 26 İyul 2025 - 12:01 (Last updated: 26 İyul 2025 - 09:31)
suni int

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək.

Türkiyəli professor İsmail Bayraklının layihəsi əsasında insan nəfəsindəki molekulları analiz edərək mədə xəstəliklərinə diaqnoz qoya bilən süni intellekt və lazer əsaslı sensor hazırlanıb.

“Nəfəs xəstəliklərinin diaqnozu sensor layihəsi”nin müəllifi professor İ.Bayraklı 10 il Almaniyada lazer sistemləri üzərində çalışdığını, magistr və doktorantura təhsilini burada aldığını deyib. 2009-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Aksaray Universitetində laboratoriya açdığını bildirən professor əlavə edib: “Dünyada elm və texnologiyadan asılı olaraq öz metodumuzu və sistemimizi inkişaf etdiririk. “Nəfəs” analizi əslində tanınmış bir üsuldur. Nəfəsalma ilə bağlı araşdırmalar illərdir ki, aparılır. Biz bu problemin həlli yollarına diqqət yetiririk və fərqli yanaşma ilə yeni nəsil lazerdən istifadə edirik. Xəstənin nəfəsindəki çoxsaylı molekulları, mədə xərçəngi, xoralar, qastrit və diabet kimi mədə xəstəliklərini aşkar etmək üçün inkişaf etdirdiyimiz süni intellekt və lazer əsaslı cihazdan istifadə olunmalıdır. Süni intellektlə ilkin araşdırmalara sahibik. Bu araşdırmalardan sonra sistemimizi daha da inkişaf etdirəcək və onu kompakt, daşına bilən hala gətirəcəyik. Sistemimiz polis nəzarət məntəqələrindəki spirtə nəzarət testi kimi olacaq. Sistem xəstənin vəziyyətini analiz edəcək”.

Layihənin müəyyən mərhələyə çatdığını və bundan sonra məhsul yönümlü işlər aparacaqlarını bildirən İ.Bayraklı davamlı ölçmə təmin edə biləcək bir sistem hazırladıqlarını vurğulayıb: “Əvvəlcə süni intellekt öyrədiləcək, sonra soruşulacaq. Süni intellektlə molekulların konsentrasiya dəyərləri və xəstəlikləri analiz ediləcək. Başlanğıcda sistem mədə xəstəliyi olan 1000 xəstə, həmçinin xəstə olmayan 1000 insan üzərində sınaqdan keçiriləcək. Çünki süni intellektin təlim mərhələsi var. Bu tədris mərhələsində 1000-dən çox fərqli məlumatdan istifadə olunacaq. Bu yolla sistemimiz həkimə ilkin diaqnoz verə biləcək. Məqsədimiz lazer metodunun daha ucuz olmasını təmin etmək, xəstəyə böyük rahatlıq təmin edən qangötürmə və endoskopiya əməliyyatları kimi ağrılı, əziyyətli və bahalı üsulları yerinə yetirməkdir. (Azərtac)

AzPost.az

Post navigation

Previous: “Belarus müharbəyə hazırlıq görür” –
Next: Süni intellekt həkimlərdən 10 dəfə daha sürətli hesabat hazırlayır –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.