Texnologiyanın sürətlə inkişafı həyatımızın bütün sahələrinə təsir edir. Son illər isə Deepfake texnologiyası dünya gündəmini zəbt edib. Bu texnologiya vasitəsilə insanların üzlərini və səslərini digər videolar üzərinə montaj edərək saxta görüntülər hazırlanır. İstənilən məşhur şəxs və ya adi vətəndaşın real görsənişi ilə saxta video düzəltmək mümkün olur. Artıq sosial şəbəkələrdə bu tip videoların sayı sürətlə artır.
AzPost bildirir ki, insanlar sevdiklərini və ya dostlarını zarafatla belə videolarda istifadə edirlər. Lakin bu, təkcə əyləncə ilə məhdudlaşmır. Cinayətkarlar və fırıldaqçılar da Deepfake texnologiyasından sui-istifadə edirlər. Məşhur siyasətçilərin, biznesmenlərin və ya incəsənət adamlarının adı ilə yalan bəyanatlar hazırlanır. Bəzi hallarda bu videolar beynəlxalq qalmaqallara da səbəb olub.
Məsələn, 2024-cü ildə bir siyasətçinin Deepfake videosu ölkədə siyasi böhran yaratmışdı. Hazırda bu texnologiyanın nəzarətsiz yayılması ciddi təhlükə sayılır. Ekspertlər deyir ki, yaxın gələcəkdə Deepfake texnologiyası kiber təhlükəsizlik üçün əsas risklərdən birinə çevriləcək.
Sosial media platformaları belə videoları aşkar etmək üçün xüsusi alqoritmlər hazırlamağa çalışır. Bəzi ölkələr isə Deepfake istifadəçilərinə qarşı qanuni cəza tədbirləri görməyə başlayıb. Çünki bu texnologiya ictimai rəyə və insanların şəxsi həyatına təsir edir. Tədqiqatçılar bildirir ki, saxta videolar psixoloji manipulyasiya üçün də istifadə oluna bilər. Bu səbəbdən Deepfake texnologiyasının istifadəsi ilə bağlı etik və hüquqi tənzimləmə vacib hesab edilir.