Aşura günü ilə əlaqədar Təzəpir məscidində ənənəvi qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulublar.
Qeyd edək ki, irsi qan xəstəliklərindən əziyyət çəkənlərə Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.