Suriya Baş naziri hakimiyyəti təhvil verməyə hazır olduğunu açıqlayıb

Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb.

Bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Məhəmməd Qazi əl-Cəlali “hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.