Suriya DİN Əsəd rejiminin üzvlərini silahlarını təhvil verməyə çağırıb

Keçid hökuməti çərçivəsində fəaliyyət göstərən Suriya Daxili İşlər Nazirliyi devrilmiş prezident Bəşər Əsəd rejiminin üzvlərini silahlarını dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Bütün ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində davam edən səylərimizin bir hissəsi olaraq, keçmiş rejimin üzvlərini və ya müxtəlif ərazilərdə devrilmiş rejimdən qalan silahları aşkar etmiş vətəndaşları bu silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırırıq”, – Suriya DİN-in açıqlamasında deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.