“Suriya ilə də münasibətin normallaşması mümkündür” –ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin normallaşdırılmasının mümkün olduğunu bildirib.

Ərdoğan bu barədə Türkiyə lideri Konya şəhərində gənclərlə görüşü zamanı deyib.

O qeyd edib ki, proses Misirlə başlayıbsa, Suriya ilə də eynisi ola bilər və siyasətdə küskünlük olmamalıdır.

“Biz (Misir Prezidenti ilə – red.) çox fərqli şeylər haqqında danışdıq. Sonradan aldığım məlumat və xəbərlərə əsasən deyə bilərəm ki, o da görüşdən çox məmnun qalıb. Normallaşma prosesi artıq başlayıb, əvvəlcə nazirlərimiz bunu davam etdirəcək” , – deyə Ərdoğan vurğulaylb.

Dövlət başçısı Türkiyənin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətinin artıq normallaşdığını xatırladıb.

Əvvəlki məqalə

“Qarabağda yaşayış yerlərini düzgün toponimlərlə ifadə edin” –

Sonrakı məqalə

Şeyxülislam İranın hansı gözləntisini puç etdi?