“Suriya Türkiyə ilə açıq və konstruktiv dialoqa hazırdır”- XİN rəhbəri

“Hədəflərinə çatmaq üçün Suriya Türkiyə ilə açıq və konstruktiv dialoqa hazırdır. Bir şərtlə ki, ölkənin suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilsin”

Azpost.info xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Feysəl Mikdad Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin dördtərəfli görüşündə çıxışı zamanı deyib.

“Son illər yaşanan mənfiliklərə baxmayaraq, Suriya və Türkiyə iki ölkənin maraqlarına xidmət edəcək məqsədlərə nail olmaq üçün rus və iranlı dostların köməyi və dəstəyi ilə birlikdə işləyə biləcəklər”, – Mikdad qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.