Suriyanın keçmiş baş naziri Riyad Hicab keçid dövrü üçün ölkə hökumətinin başçısı ola bilər.
Azpost.info xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, o, 2012-ci ilin iyun-avqust aylarında Nazirlər Kabinetinin rəhbəri vəzifəsində çalışıb.
Suriyada keçid dövrünün 18 ay davam edəcəyi bildirilir.
Türkiyənin “Karar” nəşri də Hicabın Suriya prezidenti Bəşər Əsədin istefasından sonra rəhbərlik postuna namizəd kimi adını çəkib.
Hicab 1966-cı ildə Deyr əz-Zorda sünni ailəsində anadan olub. O, siyasi fəaliyyətinə 1980-ci illərin sonlarında başlayıb. Suriyada tədricən Bəşər Əsəd rejiminə qarşı üsyana çevrilən vətəndaş müharibəsinin başlanğıcında – 2011-ci ildə o, Latakiya qubernatoru və hökumət əleyhinə etirazların yatırılması komitəsinin rəhbəri təyin edilib.
Riyad Hicab 2012-ci ilin iyun-avqust aylarında baş nazir postunu tutub, bundan sonra İordaniyaya qaçaraq Suriya müxalifətinə qoşulub.
Azpost.info