“Suriyanın ərazisini ilhaq etmək kimi bir niyyətimiz yoxdur” –Ərdoğan Dəməşqin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi

Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və onun heç bir hissəsini ilhaq etmək niyyətində deyil.

“NTV” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayip Ərdoğan bəyan edib.

“Türkiyənin müharibədən parçalanan Suriyadakı məqsədləri heç vaxt ora hücum etməkdən ibarət olmayıb. Bizim yeganə məqsədimiz Türkiyəyə sığınan 3,6 milyon və sərhədlərimizin yaxınlığında İdlibdə yaşayan 1,5 milyon suriyalının təhlükəsiz qaydada evlərinə qayıtmasına şərait yaratmaqdır. Biz ən qısa zamanda Suriyanın ərazi bütövlüyünün və siyasi vahidliyinin bərqərar olunmasını görmək istəyirik”, – deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Türkiyə suriyalı qaçqınların yerləşdirilməsinə 40 milyard dollar xərclədiyi halda Avropa Birliyi rəsmi Ankaraya bu məqsəd üçün sadəcə üç milyard dollar ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu həftə Milli Məclisin ilk iclası keçiriləcək –

Sonrakı məqalə

Müğənni Sevda Yahyayeva həkimlə nişanlandı –