Sürücülərdən AzParking-ə şikayət –“Sistemdə açıq göstərilsə də, cərimə yazılıb”

Parkinq
Parkinq

Son zamanlar sürücülərin AzParking xidmətindən narazılığı artır. Şikayətçilər bildirirlər ki, sistemdə parklanma açıq görünsə də, onlara cərimə tətbiq olunur.

Bir sürücü AzPost-a açıqlamasında başına gələn olayı belə izah edib:

“Avtomobilimi parklayıb, sistemdə ən yaxın yer olaraq göstərilən məntəqəni seçmişdim. Lakin sonradan məlum oldu ki, həmin parkinq yeri başqa kodla qeydiyyata düşüb. Nəticədə mənim üzərimə əsassız cərimə yazılıb”.

Sürücünün sözlərinə görə, bu kimi hallar son vaxtlar tez-tez baş verir və insanlar əlavə vaxt və əsəb sərf etməli olurlar. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və sistemdəki uyğunsuzluqların aradan qaldırılmasını istəyirlər.

Qeyd edək ki, oxşar narazılıqlar sosial şəbəkələrdə də müzakirə olunmaqdadır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.