Torpaq sürüşməsi ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərində suyun verilməsi dayandırılıb.
“Azərsu” ASC-dən APA-ya verilən məlumata görə, torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.