Sürüşmə ilə bağlı Səbail rayonunda suyun verilməsi dayandırılıb

Torpaq sürüşməsi ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərində suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC-dən APA-ya verilən məlumata görə, torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Erməni katolikosu II Qaregin Bakı Sammitinə niyə gəlmədi?…

Sonrakı məqalə

Tovuzun icra başçısının müavini ailəsilə birlikdə yol qəzasına düşdü –