“Şuşa əməliyyatı zamanı dronlardan istifadə edə bilmədik” –Müdafiə naziri Zakir Həsənov səbəbini açıqladı

Müdafiə naziri Zakir Həsənov CBC Azərbaycan telekanalına rus dilində verdiyi müsahibədə 44 günlük Qarabağ müharibəsində pilotsuz aviasiyasının rolundan danışıb.

Zakir Həsənov qeyd edib ki, PUA-lar son illər olduqca sürətlə inkişaf edib və hazırda olduqca geniş spektrdə  döyüş vəzifələrini, o cümlədən artilleriya atəşinin idarə edilməsini, döyüş zərbələrinin endirilməsini yerinə yetirir.

“Bununla belə, mən demək istəyirəm ki, dronlardan başqa Azərbaycan ordusu bir çox digər müasir silahlar da tətbiq etdi. Amma ictimaiyyətə əsasən pilotsuz aparatlardan çəkilmiş görüntüləri təqdim etdiyimizə görə belə təəsürat yarandı ki, bu müharibədə hər şeyi sanki dronlar həll edib. Amma belə deyil. Onu deyə bilərəm ki, döyüş əməliyyatları payız aylarında getdiyi üçün hava tez-tez korlanırdı və bəzən biz pilotsuz aviasiyanı tətbiq edə bilmirdik. Bizim ən müasir tank əleyhinə raketləri, aviasiyamızın silahlanmasında yer alan ən müasir silahlar düşmənə elə zərbə vurdu ki, onlar nəinki yaxın perspektivdə, ümumiyyətlə ən uzaq perspektivdə belə öz hərbi potensalını bərpa edə bilməyəcəklər”,-müdafiə naziri bildirib.

Dronların müharibədəki rolunun həlledici olması barədə fikirlərə münasibəti barədə danışarkən Zakir Həsənov Şuşanın azad edilməsi əməliyyatını xatırladıb. Bildirib ki, həmin günlərdə hava şəraiti pisləşdiyi üçün Azərbaycan ordusu dronlardan istifadə edə bilməmişdi. “Lakin gördüyünüz kimi, biz Şuşanı azad elədik”,-o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Çinin rəhbəri videogörüntü ilə danışdı

Sonrakı məqalə

“Yemək qadağan edilməyib…Menyularımız hazırdır” –