“Yemək qadağan edilməyib…Menyularımız hazırdır” –Naxçıvandakı şadlıq evi sahibləri danışdı

Məlum olduğu kimi, son iki gündə internet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.

Artıq bu məlumatların yalan olması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi rəsmi açıqlama yayıb.

Nuhçıxan İnformasiya Agentliyi Naxçıvandakı şadlıq evi sahiblərinin də məsələyə münasibətini öyrənib.

“Araz” şadlıq sarayının sahibi Səxavət Bayramov “NUHÇIXAN”a deyib ki, sosial şəbəkələrdə Naxçıvanda toy mərasimləri zamanı yemək verilməyəcəyi ilə bağlı məlumatları oxudum. Şadlıq sarayının sahibi kimi deyə bilərəm ki, Naxçıvanda toy mərasimlərində yemək verilməməsi ilə bağlı məhdudiyyət qoyulmayıb. 1 iyul tarixindən etibarən şadlıq sarayında toy və digər şənlik mərasimləri pandemiya qaydalarına uyğun təşkil olunacaq və məclis iştirakçılarına sifarişə uyğun yemək hazırlanıb veriləcəkdir. Menyularımız da hazırdır.

“Gəlinqaya” şadlıq sarayının sahibi Yusif Dünyamalıyev də onun dediklərini təsdiqlədi:  “Biz artıq 1 iyul tarixindən toyların keçirilməsi üçün hazırlıqlarımızı yekunlaşdırmışıq. Bildirmək istəyirəm ki, məclislərimiz pandemiya şərtlərinə uyğun keçiriləcək və yeməklər sifarişə uyğun hazırlanıb veriləcəkdir. Sosial şəbəklərdə, internetdə belə şaiyələrin yayılmasını pis, iyrənc adətə çeviriblər. Yaxşı olar ki, hər hansı bir məlumat yayanda həmin sahənin adamlarından dəqiqləşdirələr, soruşalar. Yoxsa, kim nə gəldi yazır, paylaşır camaatı aldadır. Belə əsassız məlumatlar adamda ikrah doğurur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşa əməliyyatı zamanı dronlardan istifadə edə bilmədik” –

Sonrakı məqalə

Diplomatiyada yeni era –