Şuşa məktəbi bu ilin sentyabrında istifadəyə veriləcək

2021-ci il mayın 12-də Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa 1 saylı ümumtəhsil məktəbində işlər uğurla davam etdirilir. Qədim tarixə malik məktəbin bu ilin sentyabrında istifadəyə verilməsi planlaşdırılır.

Bu sözləri açıqlamasında Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.

Şəhər infrastrukturunun qurulmasında təhsil müəssisələrinə xüsusi diqqət ayrıldığını qeyd edən A.Kərimov 960 şagirdlik tam orta məktəbin müasir standartlarla inşa olunduğunu bildirib. “Əvvəllər də 1 saylı məktəb kimi fəaliyyət göstərmiş bu təhsil ocağı erməni vandalları tərəfindən tamamilə dağıdılıb. Ali Baş Komandanın rəhbərliyi ilə qalib gəldiyimiz 44 günlük müharibədən sonra burada işlər sürətlə davam etdirilir. Böyük Qayıdış planına uyğun olaraq şuşalı məktəblilər təhsillərini burada davam etdirəcəklər”, – deyə o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.