Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə sədr təyin edilib –

Yeni sədr kimdir? (SƏRƏNCAM)
16 İyul 2021 - 12:43

Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Məftun Abbasov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Audit xidmətinin rəisi və baş direktorunun müavini vəzifəsini tutub.

M.Abbasov bu vəzifədə 2021-ci il ilin mart ayınadək çalışıb.

O, bundan əvvəl Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mühüm işlər üzrə müstəntiq işləyib.