Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə sədr təyin edilib –Yeni sədr kimdir? (SƏRƏNCAM)

Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Məftun Abbasov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Audit xidmətinin rəisi və baş direktorunun müavini vəzifəsini tutub.

M.Abbasov bu vəzifədə 2021-ci il ilin mart ayınadək çalışıb.

O, bundan əvvəl Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mühüm işlər üzrə müstəntiq işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Erməni terrorçularının məhkəməsi təxirə salınıb

Sonrakı məqalə

Daha bir qadın aşıq Namiqi seksual zorakılıqda ittiham edib