Şuşada ilk – “Natəvan” operası təqdim edilib- FOTO

“Xarıbülbül” Beynəlxalq Musiqi Fesitvalının sonuncu günündə ilk yaşanıb.

Cıdır düzü Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb.

Qeyd edək ki, Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olunub.

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb. Drijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.