Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib –

VİDEO
26 Fevral 2021 - 20:32

Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şuşadakı nəqliyyat vasitələrinin hərəkəti dayanıb, soyqırım qurbanlarının xatirəsi anılıb.