“Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər…” –PREZİDENT

“O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq”.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

Dövlət başçısı bildirib ki, Şuşa işğal olunanda, hamımız hesab edirdik ki, bu, müvəqqətidir, bir azdan sonra Şuşa qayıdacaq.

“O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq, Şuşa bizdədir və sair. Ancaq faktiki olaraq Şuşanın düşmənə təhvil verilməsində onların birbaşa əli olub. Bu, bir xəyanət idi, satqınlıq idi. Bu gün Şuşada olan hər bir insan görür ki, o şəhəri götürmək, demək olar, mümkün deyildi. Biz o Şuşanı necə götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlığın zirvəsidir, mənəvi-fiziki gücün sintezidir. Bu, fədakarlığın zirvəsidir”, – deyə Prezident vurğulayıb.

 

“Şuşa ermənilər üçün yad şəhər idi. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz?”-deyə Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

“Biz Şuşanı azad edəndə orada cəmi 1500 adam məskunlaşmışdı. Düzdür, biz artıq Şuşaya yaxınlaşanda onlar oradan çıxdılar. Amma orada yaşayanların da 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Yaxşı, bu, erməni şəhəridirsə, niyə burada yaşamırsan? Niyə belə bərbad vəziyyətdədir? Niyə şəhəri məhv edirdiniz bu illər boyu?”, – deyə dövlət başçısı bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir