“Şuşaya “İsgəndər” raketi atılıb” –Serj Sarksiyandan etiraf

“Məndə olan mötəbər məlumata görə, Qarabağda müharibə zamanı Ermənistan “İsgəndər” raketindən istifadə edib. Bu müharibənin son dönəmində olub və raket Şuşa istiqmətinə atılıb”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyan “Armnyus” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, müharibənin əvvəlində nə üçün bu silaha əl atılmadığının səbəbini deyə bilməz. “Məncə, cavab atəşindən qorxublar. Yəni Ermənistanın hansı ərazisindən bu raket atılsa idi Azərbaycan ora başqa bir raketlə dəqiq cavab zərbəsi endirəcəkdi. “İsgəndər” raketini müharibənin dördüncü günü atılmalı idi. Azərbaycan Horadizdə canlı qüvvə və texnika cəmləyəndə…”

Eks-prezident Gəncənin dinc əhalisinin yaşadığı əraziyə raket atılmasını anlamadığını deyib və bunu “böyük axmaqlıq” adlandırıb: “Beynəlxalq ictimaiyyət bizi ittiham etməyə başladı. Əlbəttə edəcəkdilər. Azərbaycan bundan sonra Xankəndini və Ağdərəni daha sıx hədəfə aldı”.

Bununla yanaşı Sərksiyan etiraf edib ki, Azərbaycan ordusu oradakı mülki obyektləri və dinc sakinləri yox, ordu qərargahını və hərbi qrupları vururdu: ““İsgəndər” raketini atmaq lazım idi. Bəs onu nə üçün almışdıq?”

Sərksiyanın müsahibəsindən aydın görünür ki, o, dinc əhalinin kütləvi ölümünə səbəb olacaq dağıdıcı silahların istifadəsinin tərəfdarı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutka ərzində Türkiyədə 90 nəfər koronavirusdan həyatını itirib

Sonrakı məqalə

Sərkisyan 2020-ci il Tovuz təxibatını Ermənistanın törətdiyini etiraf etdi: