Şüvəlan qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

İyulun 31-dən etibarən Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (112, 136, 146 nömrəli) hərəkət sxemi alternativ küçələrdən təşkil ediləcək.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa olunacaq.

Əvvəlki məqalə

Cəlilabadda keçirilimiş əməliyyatda vəzifəli şəxslər saxlanılıb –

Sonrakı məqalə

BMT Moskvada mülki obyektlərə hücumları dayandırmağa çağırıb