Cəlilabadda keçirilimiş əməliyyatda vəzifəli şəxslər saxlanılıb –ADLAR

Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı saxlanılan bəzi şəxslərin adları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, saxlanılanların Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad edilib

Sonrakı məqalə

Şüvəlan qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq