Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Gündəm

Suyun qiyməti ilə bağlı əhaliyə VACİB XƏBƏR: 3 manat…

Orkhan Ali 12 İyun 2025 - 20:24 (Last updated: 12 İyun 2025 - 19:15)
su olmayacaq

su olmayacaq

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA – keçmiş “Azərsu”) dövlət qurumu olduğu üçün vətəndaşların sosial-maddi vəziyyəti nəzərə alıb yekun qərar verilə bilər. Amma ADSEA dəfələrlə rəsmi açıqlamalarında və açıladığı statistikada göstərir ki, hazırda su maya dəyərindən 3 dəfə aşağı qiymətə satılır. Faktiki olaraq, bu qurum zərərlə işləyir”. Bu sözləri “Yeni Sabah”a iqtisadçı Allahverdi Aydın deyib.

O bildirib ki, zərəri aradan qaldırmaq üçün suyun maya dəyərini aşağı salmaq lazımdır:

“Zərərdən çıxmaq üçün alternativ olaraq qiymətlərin artırılması üzərində düşünülür. Amma hesab edirəm ki, bu alternativ deyil. Zərəri aradan qaldırmaq üçün suyun maya dəyəri aşağı salınmalıdır. Maya dəyərinin aşağı salınması üçün dövlət bu sahəyə əlavə investisiya yatırmalıdır. Ya da özəl qurumları bu sahəyə cəlb etməlidir. Yəni özəl sektor bu sahəyə sərmaye qoymalıdır.

İstehsal olunan suyun təxminən 40 faizi itkiyə və başqa məqsədlərə gedir. Bu itkinin qarşısı alınmalıdır. Məsələn, borular yenilənməlidir.

Bir sözlə, bu sahəyə ciddi həcmdə sərmaye yatırılmalıdır”.

Ekspert vurğulayıb ki, suyun qiymətini artırmaq hesabına maya dəyərini azaltmaq düzgün variant deyil:

“Bu sahəyə investisiya qoymaq üçün dövlətin yetərincə imkanı var. Suyun 40 faizinin itkiyə getməsi milyonlarla manatın itirilməsi deməkdir. Vaxtilə təbii qaz sektorunda da bu cür itkilər olurdu. Dövlət Neft Şirkəti (SOCAR) müəyyən investisiyalarla həmin ziyanın həcmini xeyli azaltdı.

Eyni təcrübəni su sahəsində də etmək olar. Dövlət qurumları bunun üzərində işləməlidir. Onsuz da maya dəyərinin qarşılanması üçün suyun tarif qiyməti 3 dəfəyədək artırılmalıdır. Yəni 1 kubmetr suyun qiyməti hazırda 1 manatdırsa, bunu 3 manatadək artırmaq lazımdır ki, qurum zərərlə işləməsin. 1 kubmetr suyun 3 manat olması isə əhalisi üçün kifayət qədər ağır maliyyə yükünə çevriləcək.

Fikrimcə, birdən-birə belə radikal qiymət artımı olmayacaq. Amma tariflərdə müəyyən artımlar ola bilər. 3 manata başa gələn su 1 manata satılırsa, ADSEA hər kubda 2 manat ziyana gedir. Bunu bir şəkildə kompensasiya etməyi düşünürlər. Bu baxımdan, bu il 20-30 faizlik qiymət artımına gedə bilərlər”.

AzPost.az

Post navigation

Previous: Hindistanda qəzaya uğrayan təyyarənin yeni görüntüləri
Next: Sahil Tahirli vəzifısindən azad edildi

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tutduğu vəzifədən gedəcəyini vəd edib. Bu barədə...
Read more about Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.