Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edən İran vətəndaşı Yasin Hüseynzadənin ilk görüntüsü yayılıb.
Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.
Hadisə bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verib. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov qətlə yetirilib, Vasif Tağıyev və daha 1 nəfər yaralanıb.
50 yaşlı terrorçu tutularaq zərərsizləşdirilib.

