Səfərbərlik Xidmətinin yeni rəis müavini sabiq DİN nazirinin oğludur

Polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Azər Məmmədov 1987-1990-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş Aydın Məmmədovun oğludur.

1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub. (Qafqazinfo)

 

Aydın Məmmədov 1980–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin müdiri olub.

1987–1990-cı illərdə Azərbaycan SSR daxili işlər naziri vəzifəsində işləyib.

Aydın Məmmədov 26 iyul 1981-ci il tarixində 337 nömrəli Küçəkənd seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin X çağırış, 1985-ci ildə isə 195 nömrəli Pensər seçki dairəsi üzrə XI çağırış deputatı seçilib.

1990–1992-ci illərdə ildən Bakı Dəniz Limanının rəisi, 1992-ci ildən isə Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru olub.

2001-ci ilin dekabrın 12-də vəfat edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.