Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şəhid Ruslan Əlizadə haqqında sənədli film hazırlandı –

User 31 Oktyabr 2023 - 16:55 (Last updated: 21 May 2025 - 20:15)
sehid

Vətən müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu barəsində sənədli film hazırlanıb. 

Azpost.info xəbər verir ki, “Mübarizim prodakş” tərəfindən hazırlanan filmdə şəhidin həyat yolu haqqında valideyinləri, qohumları, dostları danışıb.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu  19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq edib. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olub. Sonra öz arzusu ilə yenidən müqavilə ilə  Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb.
Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Prezidentinin Sərəncamları ilə  Ruslan Əlizadə ölümündən sonra “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”   və “İgidliyə görə”  medalları ilə təltif olunub. Subay idi.

Allah rəhmət eləsin!

 

Post navigation

Previous: Bakcell Əhmədlidə yeni mağaza açdı
Next: Putin Mahaçqala olaylarından sonra senzuranın gücləndirilməsini tələb edib

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.