Şəhidlərə və yaralanmış hərbçilərə ödənilmiş sığorta pulunun həcmi açıqlandı –RƏSMİ

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti 44 günlük Vətən Müharibəsində həlak olmuş və yaralanmış hərbiçilərə ödənilən vəsaitlərin həcmini açıqlayıb.

Dövlət Sığorta Şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Azpost.info-ya verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan artıq ödəniş edilib.

Qeyd edək ki, sığorta ödənişləri Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir