TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı məlumat yaydı

24 İyul 2021 - 22:46

Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə “Yeni klinika” tibb müəssisəsinə daxil olub. Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən, onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib.

Bunu TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib.

Onun sözlərinə görə, “bütün səylərə baxmayaraq, COVID ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb”.