Təcavüzə məruz qalan 11 yaşlı qızın nənəsi:

"Atalığı ona dərman verərək..."
30 Oktyabr 2021 - 13:47

İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qızın nənəsi Sənubər Şükürova hadisənin detallarını danışıb.

O bildirib ki, uşağın anası soğan yığmağa gedərkən atalığı Qurban ona dərman verərək yatırıb və yuxuya getdikdən sonra ona təcavüz edib: “Atalığı Qurban uşağı qorxudub. Anası soğan yığmağa, çörək bişirməyə gedirmiş. Uşaq da evdə tək qalırmış. Nəvəm dedi ki, mənə dərman verdi, sonra oyananda gördüm ki, bu vəziyyətdəyəm. Deyib ki, heç kəsə heç nə demə”. (Publika.az)

Nənəsinin uşağı danışdırarkən çəkdiyi videogörüntüdə qızcığaz özü də bu faktı təsdiq edib. O, nənəsinə bildirir ki, atalığı ona iki dəfə təcavüz edib.

Azyaşlı qız qeysəriyyə yolu ilə əməliyyat olunub. Ana reanimasiya bölməsinə yerləşdirilib, körpənin vəziyyətinin yaxşı olmadığı bildirilir.

Qeyd edək ki, Baş Prokurorluqda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.