Təhsil naziri dərslərin nə vaxt başlanacağına aydınlıq gətridi –

"Növbəti mərhələdə müzakirə oluna bilər"
27 Aprel 2020 - 17:59

“Tədricən yumşaldıcı tədbirlərə başlamışıq. Mövcud vəziyyət təhlil edilərək tədris prosesinin bərpa olunması üçün müvafiq addımlar atılacaq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, yumşaldılma tədbirləri barədə qərarlar qəbul olunan zaman təhsil sektoru ilklərdən ola bilməz: “Növbəti mərhələdə bunlar müzakirə oluna bilər. Şagirdlərin dərs proqramından geri qalmaması üçün tədbirlər davam etdiriləcək. Ehtiyac olarsa, növbəti aylarda onlayn rejimdə dəstəkləyici vasitələrlə geri qalmalarının qarşısı alınacaq”.