Təhsil Nazirliyi:

"Yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb"
02 Mart 2020 - 12:21

“Koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Yanvarın 30-dan başlayaraq Nazirlər Kabineti tərəfindən müvafiq dövlət strukturlarına tapşırıq verilmişdi. Fevralın 24-dən Təhsil Nazirliyinin rayon və təhsil şöbələrinə müvafiq məktublar göndərilib”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb, növbəti günlərdə də davam edəcək:

“Təhsil Nazirliyinin aparat rəhbərinin müvafiq təlimat məktubunda kütləvi tədbirlərin məhdudlaşdırılması da qeyd edilib. Fevralın sonunda 7 gün 24 saat fəaliyyət göstərən qaynar xəttə yaradılıb, əmrə uyğun olaraq bütün təhsil müəssisələrində koronavirusun profilaktikası ilə bağlı məlumatların çatdırılması tapşırılıb”.