Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiq edilib.
“Report” xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.
Nazirliyin Apellyasiya Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
Apellyasiya Şurasının sədri Təhsil nazirinin müavini Firudin Qurbanovdur.
Apellyasiya Şurasının üzvləri:
Muxtar Məmmədov – Aparat rəhbəri;
Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;
Anar Cəfərov – Nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;
Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri;
Amil Əlili – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini;
Bəhruz Müslümov – Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri.