Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Təhsil Nazirliyinin tabeliyindəki institutlar əsasında publik hüquqi şəxslər yaradılıb

User 08 Oktyabr 2025 - 12:09 (Last updated: 08 Oktyabr 2025 - 12:09)
tehsil naz

Nazirlər Kabineti “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında” qərar verib.

Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

– Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;

– Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;

Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;

– İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;

– Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;

– Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;

– Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.

Elm və Təhsil Nazirliyinin tabeliyindəki Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin, Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.

AzPost.az

Post navigation

Previous: Bu Prezidentin kortejinə hucum olundu –
Next: İki sabiq nazirin rəhbəri olduğu qurumlar birləşdirildi

Oxşar xəbərlər

ramiz
  • Sosial

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

User 28 Oktyabr 2026 - 15:15
1740495806_manat-1560526404-1
  • Sosial

2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər

User 28 Oktyabr 2026 - 13:23
mekteb
  • Sosial

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib

User 28 Oktyabr 2026 - 13:17

xƏBƏR

qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
Qətər İran və ABŞ-İsrail müharibəsinin dayandırılması ilə bağlı yeni razılaşma təklif edib. Reuters agentliyinə danışan mənbənin bildirdiyinə...
Read more about Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb
İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var qatar qeza ispan
  • Dünya

İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var

User 28 Oktyabr 2026 - 15:58
Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır” putin
  • Dünya

Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”

User 28 Oktyabr 2026 - 15:37
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı ramiz
  • Sosial

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

User 28 Oktyabr 2026 - 15:15
Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək burcler
  • Maraqlı

Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək

User 28 Oktyabr 2026 - 14:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.