Tərtər icra başçısının vətəndaşlarla kobud davranışı əks olunan görüntüsü yayılıb-

VİDEO
31 May 2021 - 10:12

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb.

Bu barədə videogörüntü sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər.

Bu zaman bir neçə vətəndaş M.Məmmədovla görüşü telefonla çəkməyə cəhd edir. İcra başçısı kobud tərzdə onunla gələn məsul şəxslərə telefonların yığışdırılması barədə göstəriş verir.