TƏBİB:"Talassemiya, hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin davamlı qan təminatı zəruridir"

14 iyun Ümumdünya Qan Donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirak edən bir sıra vətəndaşlara və qurumlara təşəkkür edib.

TƏBİB-dən APA-ya verilən məlumata görə, bu əlamətdar günün tarixi 2005-ci ilə təsadüf edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində (İsveçrə) keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni 14 iyun tarixi kimi müəyyən edilməsinə dair qərar qəbul olunub:

“Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.

Bu il koronavirus pandemiyasi səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların həyatda qalması üçün risk yaranmışdı.

Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxta yaranan bu kimi problemlərə hər zaman şəfqət, mərhəmət və humanizm kimi keyfiyyətləri öz həyat tərzinə çevirən xalqımız biganə qalmadı.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa çağırış etdi və bu mövzuda həmrəlik nümayiş etdirərək qan ehtiyacı olan insanlar üçün könüllü qan donoru olmağa çağırdı.

Hörmətli Mehriban xanım! Siz bu nəcib təşəbbüsünüzlə minlərlə insan həyatının xilaskarı oldunuz. Milli Hematologiya və Transfuziologiya Mərkəzi və irsi qan xəstəliklərindən əziyyət çəkən pasiyentlər adından başda Siz olmaqla bütün dəstək verən vətəndaşlarımıza, idarə və təşkilatlara dərin minnətdarlığımızı bildiririk!

Onların qəhrəmanı ol! Qan ver, həyat qurtar!” – deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qapalı yerlərdə maska taxmayanlar cərimələnib

Sonrakı məqalə

BŞBPİ: